Əsas məzmuna keç

Qəzəl

Cana, könüldə həmdəm olan qəmdürür mana

Şah İsmayıl Xətai

1

Cana, könüldə həmdəm olan qəmdürür mana, Gör kim, fəraq evində nə həmdəmdürür mana.

Ancaq yüzün görəndə sənin can degil mə’lul, Zülfin kimi könül dəxi bərhəmdürür mana.

Dil təşnə olsa vadiyi-hicrində, qəm yemən, Lə’lin zülali çeşmeyi-Zəmzəmdürür mana.

Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni, Bu çox bəla ki, hicrin edər kəmdürür mana.

Miskin Xətayi vəsl ilə yüz il yaşar müdam, Bu ömr kim, zəmanədə bir dəmdürür mana.

Lüğət: Dil – ürək; Təşnə – susuz; Zülal – saf su, sağlam, təmiz; Çeşmeyi – heyvan – dirilik bulağı; Hicr – ayrılıq; Vəsl – qovuşmaq; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.