Əsas məzmuna keç

Qəzəl

Cana, ğəmində qismi cəfadır xətayinin

Şah İsmayıl Xətai

1

Cana, ğəmində qismi cəfadır Xətayinin, Leykin dilində mehrü vəfadır Xətayinin.

Lə’lin əgər verürsə dəva dərdməndinə, Bir busəsinə canı fədadır Xətayinin.

Hər dəm ki, xaki-payini der tutiyayi-çeşm, Giryan gözünə eyni-şəfadır Xətayinin.

Ta görmüşəm yüzün günəşin, ey qəmərliqa, Hər dəm dilində şəmsüz-zühadır Xətayinin.

Könül alıb bəhasını versən vüsal ana, Mürvət sənin bu işdə, rizadır Xətayinin.

Ta ağ yüzündə çini-saçındır məqami-dil, İqlimi-Rumü Çinü Xətadır Xətayinin.

Gəldi Xətayi qapuna, vergil murad ana, Hüsnin həqqinə zikri duadır Xətayinin.

Lüğət: Mehr – günəş; Çeşm – göz; Dil – ürək; İqlim – ölkə; Hüsn – gözəllik; Zikr – anma, söyləmə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.