Əsas məzmuna keç

Qəzəl

Cana, cəhanda olmuya məhru sənin kimi

Şah İsmayıl Xətai

1

Cana, cəhanda olmuya məhru sənin kimi, Məhrudə dəxi gəlmiyə niku sənin kimi.

Qandır mənim susuzluğum, ey abi-lə’li-yar, Girməz əlümə dünyadə bir su sənin kimi.

Əhsən cəmali-hüsninə kim, bağbani-hüsn Gülşəndə görmədi bitə gülru sənin kimi.

Ey zülfi-dust, dünyadə dur, həm oturma kim, Düşməz dimağə ənbəri-xoşbu sənin kimi.

Getmə Xətayi çeşmidin, ey əksi-qəddi-yar, Nəmnak yerdə bitməyə qarğu sənin kimi.

Lüğət: Məhru – ayüzlü; Abi – həyat – dirilik suyu; Hüsn – gözəllik; Dur – uzaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.