Can verir rayiheyi-türbəti-pakin, ey tak
Can verir rayiheyi-türbəti-pakin, ey tak, Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak1.
Hörmət etdin meyə, tə’zim ilə tutdun, saqi, Əzzəm-Əllahu ləkəl-əcrə ələllahi cəzak2.
Səri-kuyində qəribiz, bizə bir munis yox, Talə ma anəsənəl-qəlbu, cəəlnahu fədak3.
Səfheyi-dildə bulunmaz əsəri-surəti-qeyr, Hinə ma həllə, nəfil-ğeyrə ənil-qəlbi həvak4.
Rəhi-eşqində götür qeyrdən, ey dil, rəğıbət, Fəiza şi’tə rəfiqən, ələmül-eşqi kəfak5.
Xabi-qəflətdə, könül, vəsldən oldun məhrum, Fazə mən nalə ila vəslihi, ma xabə sivak6.
Ey Füzuli, nə bilir əhli-vərə’ mey zövqin, Ənkərəl-hikmətə mən laməkə cəhlən və nəhak7.
Lüğət: Türbət – torpaq; Tak – üzüm budağ, tənək; Munis – hayan, ünsiyyətli