Əsas məzmuna keç

Qəzəl

Can tazələnir ləli-dürəfşanını görcək

Seyid Əzim Şirvani

1

Can tazələnir ləli-dürəfşanını görcək, Dil xürrəm olur sərvi-xuramanını görcək.

Dağlarə çıxıb saldı başın sünbül aşağə, Ol lalərüxün zülfi-pərişanını görcək.

Püstə dəhəni açıla qaldı həsədindən, Ol sərvqədin qönçeyi-xəndanını görcək.

Yəqub neçin ölmədi, bilməm, fərəhindən, Can nəqdi olan Yusifi-Kənanını görcək?

Cananı görən ləhzədə can düşdü ayağə, Yalvardı gəda əcz ilə sultanını görcək.

Bu xaki-siyəhdən başımız çərxə ucaldı, Ol mahrüxün gündə bir ehsanını görcək.

Seyyid, elə bildim ki, bəqa suyunu içdim, Ol səbz-xətin qətlimə fərmanını görcək.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.