Əsas məzmuna keç

Qəzəl

Can olmaz isə, sən təki canan yetər mana

Şah İsmayıl Xətai

1

Can olmaz isə, sən təki canan yetər mana, Vəslin bu xəstə könlümə dərman yetər mana.

Hicrin cəfası eylə yıxıbdır bu könlümü, Hər şəb qapunda naləvü əfğan yetər mana.

Zülmat içində abi-həyat istəməz könül, Lə’lin zülali çeşmeyi-heyvan yetər mana.

Zahid, qoparma sən məni meyxanədən bu gün, Ruzi-əzəldə yar ilə peyman yetər mana.

Gərçi, Xətayi, getdi əlindən vüsali-dust, Hər dəm xəyali-didəyə mehman yetər mana.

Lüğət: Vəsl – qovuşmaq; Hicr – ayrılıq; Şəb – gecə; Abi – həyat – dirilik suyu; Zülal – saf su, sağlam, təmiz; Çeşmeyi – heyvan – dirilik bulağı; Didə – göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.