Əsas məzmuna keç

Qəzəl

Can nə lazımdır, əgər mənzuri-canan olmasa

Seyid Əzim Şirvani

1

Can nə lazımdır, əgər mənzuri-canan olmasa, Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.

Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə, Meyli-üsyan etməz idi kimsə şeytan olmasa.

Ey könül, daim elə şeytani-insidən həzər, Küfrdə Fironi gör, qalmazdı Haman olmasa.

Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə, Gər səbadən türreyi-tarın pərişan olmasa.

Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir, Qəm degil aləmdə bundan qeyri quran olmasa.

Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin, Hər əməl etsən qəbul olmaz gər iyman olmasa.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.