Can həmişə ol günəş rüxsara döndərmiş üzün
Can həmişə ol günəş rüxsara döndərmiş üzün, Şeş cəhətdən şol büti-əyyara döndərmiş üzün.
Kə’bədən döndərdi üzün kim ki, gördü üzünü, Gör nə göyçək qibleyü divara döndərmiş üzün.
Ba vücud ol kim, tökər qanımnı çeşmi-məst ilə, Gecə-gündüz nərgisi-xunxara döndərmiş üzün.
Aşiqin üzü həmişə dilbərə qarşı dönər, Abidi gör kim, necə divara döndərmiş üzün.
Incə zülfün bəndinə könlüm dolaşmışdır, vəli Gahi-gah şol türreyi-tərrara döndərmiş üzün.
Can quşunu uçuranda buldu iman hər kim ol, Canü dildən ol pərirüxasara döndərmiş üzün.
Ey Nəsimi, kainatın halına sən baxma kim, Çünki canan daima dildara döndərmiş üzün.
Lüğət: Şol – O; Əyyar – Zirək, hiyləgər; Çeşm – Göz; Abidi – əsnam – Bütpərəst