Əsas məzmuna keç

Qəzəl

Cami-səfayı bizə sun, saqiya

İmadəddin Nəsimi

1

Cami-səfayı bizə sun, saqiya Kim, susamış ol meyə əhli-səfa!

Şol meyi kim, günəş anın camıdır, Şol ki, buyurmuş və səqahüm xuda.

Şol kim, anın şə’ninə oldu nüzul, Sureyi-taha ilə həm həl-əta.

Ərşi-ilahi ilə içər müdam Cam ələl-ərş meyi-istiva.

Kim ki, bu meyxanəyə basdı qədəm, Bisərü pa olduvü sər, ya nə pa?

Şahidi-qeybi ilə oldu hərif, Həstiyi-pəndardan oldu cüda.

Hur ilə cənnətdə məqam eylədi, Ömri-əbəd bulduvü gördü liqa.

Xızr kimi içdi həyat abını, Canü təni cümləsi oldu bəqa.

Ey çəmənü rövzə boyun sidrəsi, Hüsnü məlahətdə rüxün müntəha!

Məskəni-ərvah saçındır, saçın, Lə’li-ləbin canlara darüş-şəfa.

Zülfünü vəl-leyl oxuram hər gecə, Üzünü hər ertədə şəmsüz-züha.

Gör bu Nəsimi nəfəsi kim, necə Buyi-Məsiha kimidir canfəza.

Nəzmi-Nəsimi ki, dürərdir adı, Gör ki, nə gövhər satar, olmaz bəha.

______________________Milli Kitabxana_______________________

Lüğət: Cami – müsəffa – Saf şərab; Şol – O; İstiva – Ekvator xətti; Sər – Baş; Şahid – Gözəl, sevimli; Cüda – Ayrı; Bəqa – Baqilik; Rövzə – Bağ; Sidrə – Lotos; Ərvah – Ruhlar; Leyl – Gecə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.