Əsas məzmuna keç

Qəzəl

Camalındır həqqin zatü sifatı

İmadəddin Nəsimi

1

Camalındır həqqin zatü sifatı, Müənbərdir boyun qədrü bəratı.

Könül bir nöqtədir, eşqi yəmində Bitirdi bəhri-eşqin kainatı.

Sənin şirin sözün ta Misrə düşdü, Əritdi şəkkərü qəndü nabatı.

Xuraman qamətindən sidrə, ey dust, Əyildi çənbər oldu şeş cahatı.

Kimin dərmani-dərdi sən deyilsən, Həbadır, hərzədir zöhdü səlatı.

Nəsimi ta ki, oldu həqqə vasil, Xızrnın çeşməsi bolmuş həyatı.

Lüğət: Bəhr – Dəniz; Sidrə – Lotos; Zöhd – Asketizm; Səlat – Birləşmə, əlaqə; Dua

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.