Əsas məzmuna keç

Qəzəl

Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir

İmadəddin Nəsimi

1

Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir Kim, anın afitabından iki aləm münəvvərdir.

Üzün xəttindən, ey huri, bəyani-küntü kənz eylər, Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir?

Rüxün xəttilə xalından çəri çəkmişdir, ey dilbər, Zəhi şahzadəyi-ə’zəm ki, xoş uğurlu ləşkərdir.

Nə rə’na sidrədir, yarəb, boyun aləmdə, ey huri Kim, anın qəddi-balası yedi iqlimə sərvərdir.

Yedi xəttin kitabından, səkiz cənnət əyan oldu, Bu vəch ilə yəqin oldu ki, ol zati-mütəhhərdir.

Xəyalımdan deyil xali xəyalın xeyli bir saət, Həmişə surətin nəqşi bərabərdə müsəvvərdir.

Ləbin camından ol can kim, Xızırtək irdi məqsuda, Çıxa gəldi çü zülmətdən, bu gün adı Skəndərdir.

Bəbəktək bəslədim daim gözümdə xali-hindunu, Bəbək şoylə əziz olmaz kim, ol xali-müdəvvərdir.

Nəsimi, Fəzlin-Allahın üzün nurunda çün gördü, Təvafi-Kə’bə xətm oldu, səfavü həcci-əkbərdir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Mahi – Balıq; Münəvvər – Nurlu; Kənz – Xəzinə; Zəhi – Afərin; Qanğı – Hansı; Çəri – Qoşun D; Ləşkər – Qoşun; Sidrə – Lotos; Bala – Hündür, uca; Müsəvvər – Təsvir edilmiş; Təvaf – Kəbənin başına dolanmaq; Həcci – əkbər – Böyük həcc

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.