Əsas məzmuna keç

Qəzəl

Camalın təl’əti gülzara bənzər

İmadəddin Nəsimi

1

Camalın təl’əti gülzara bənzər, Dodağın şərbəti xunxara bənzər.

Nəimin bağıdır gülzari-vəehin, Əgər odlu üzün gülnara bənzər.

Tamaşayi-camalın qulhüvəllah, Üzündən qılmayan hüccara bənzər.

Yanağın cənnətin xəndan gülüdür, Vəli nərgislərin əyyara bənzər.

Vücudun Misri-came’dir, saçın Şam, Xorasanü Əcəm, Bulqara bənzər.

Mənəm əxtər bu Misrü Şam içində, Kəvakib türrəsi timara bənzər.

Nəsiminin vücudu, ya Məhəmməd, Anadır daima iqrara bənzər.

Lüğət: Gülzari – cinan – Cənnət gülzarı; Əyyar – Zirək, hiyləgər; Əxtər – Ulduz; Timar – Əlac

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.