Camalın pərtövi-nuri-xudadır
Camalın pərtövi-nuri-xudadır, Yolunda aşiqin canı fədadır.
Ləbi-lə’lin müsəffa şərbətindən Bu məcruh könlümə, cana, dəvadır.
Yaxıldım eşqinə manəndi-Məcnun, Xəyalın eynimə Leylinümadır.
Necə Fərhadvəş könlüm alıbsan Ki, Şirintək camalın dilrübadır.
Nəsimi can fəda qıldı nigarə, Dəmadəm eşq ilə işi səfadır.
Lüğət: Pərtöv – Işıq, parıltı; Məcruh – Yaralı; Manəndi – cəllad – Cəllad kimi