Camalın fitnəsi tutdu cahanı
Camalın fitnəsi tutdu cahanı, Çıxardıb pərdədən razi-nihanı.
Nedər aşiq cahanü canı sənsiz, Ki, sənsən aşiqin canü cahanı.
Ləbindir çeşmeyi-heyvan, vəli şükr Ki, hər heyvantəbiət bilməz anı.
Ləbi-lə’lin şərabın içənə sor Ki, kimdir içən abi-zindəganı.
Susamış qanıma lə’lin eşitdim, Bu dövlət aşiqi-miskinə qanı?
Görün kim, qəmzəsilə yuxusundan Oyardı fitneyi-axırzamanı.
Əgərçi binişansan, kimsə hərgiz Nişansız bulmamışdır binişanı.
Vüsalındır, vüsalındır, vüsalın, Nəimi-xüldü ömri-cavidani.
Nəsiminin məkanı laməkandır, Məkansız aşiqin həqdir məkanı.
Lüğət: Hərgiz – Hələ; Xüld – Əbədiyyət, ölməzlik; Laməkan – Məkansız