Əsas məzmuna keç

Qəzəl

Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər

İmadəddin Nəsimi

1

Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər, Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.

Sənin ol cadu gözündən həzər kim qılmasın, şaha Ki, hər bir baxışı yüz min füsunü məkrü al eylər.

Xəyalın hər gecə ta sübh gətirməz gözümə uyqu, Fəraqın bağrımı qəmdən əritdi, çün zülal eylər.

Çün ol kirpiklərin zəxmi baş edər bağrımı hər dəm Ki, bağrım qanı hər saət gözümnü malamal eylər.

Bu cövrü kim, edərsən sən Nəsimiyə, bu gün, cana, Səni tərk eyləməz neyçün, cəfalar ittisal eylər.

Lüğət: Əksi – Nöqsan; Zəxm – Yara; İttisal – Birləşmə, qovuşma K

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.