Əsas məzmuna keç

Qəzəl

Cahanı tərk edib bezdim cahandan

İmadəddin Nəsimi

1

Cahanı tərk edib bezdim cahandan, Cahan oldum, cahan oldum haçandan.

Əgər məhbuba istərsən ulaşmaq, Gəlib keçmək gərəksən kün-fəkandan.

Cahanın səhl imiş sudü ziyanı, Qo anın assisin, qurtar ziyandan.

Əgər cinni degilsən, adəmi bil, K’anın əsli nədəndir, söylə andan.

Gümandan bilmədi heç kimsə həqqi, Yəqindir kim, yəqin bitməz gümandan.

Gülü bitməz tikənsiz dünyanın çün, Gülü tərk eylə, keç cövri-tikandan.

Dodağı candır ol şirindəhanın, Məgər qafildir ol şirindəhandan?

Əyan oldu üzün, yarəb, saqınsın Camalın fitneyi-axırzamandan.

Qamudan keçmişəm lillahi-fillah, Məgər şol türreyi-ənbərfəşandan.

Əleyna cəm’əhü bəs latəhərrik, Günəş müstəğnidir şərhü bəyandan.

Yerü gög dolu həqqin ayətidir, Vəli gözsüz xəbərsizdir nişandan.

Nəsiminin muradı çün sən oldun, Nəzər qət’ eylədi kövnü məkandan.

______________________Milli Kitabxana_______________________

Lüğət: Səhl – Çətin; Ziya – Parıltı; Şol – O; Müstəğni – Varlı, zəngin

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.