Əsas məzmuna keç

Qəzəl

Cahanda görmədim ziba sənin tək

Şah İsmayıl Xətai

1

Cahanda görmədim ziba sənin tək. Bu aləm içrə hüsnara sənin tək.

Bu xublar gülşənində yoxdurur hiç Yanağı bir güli-həmra sənin tək.

Bulunmaz, doğrusu, can bağı içrə Qədi çün sərv xoş bala sənin tək.

Çü xublar çoxdurur insan içində, Heç olmaz, ey pəri, rə’na sənin tək.

Zəmanə şairində görmədim hiç, Xətayi, bülbüli-guya sənin tək.

Lüğət: Ziba – gözəl; Xublar – gözəllər; Həmra – qırmızı, al; Bala – yüksək, yuxarı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.