Əsas məzmuna keç

Qəzəl

Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş

Məhəmməd Füzuli

1

Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş, Bu nə dindir, Allah-Allah, bütə səcdə vacib olmuş.

Əsəri-qəbuli-ta’ət ona vermiş öylə halət Ki, qülubi-əhli-halə hərəkatı cazib olmuş.

Fərəhim görüb, cəfasın həsənatə daxil eylər, Nə mələk kim, ol pərinin əməlinə katib olmuş.

Nə əcəb gər olsa qəmdən dünümü günüm bərabər, Nəzərimdən ol üzü gün neçə gün ki, qaib olmuş.

Qəmi-hicrdir kim, artar əsərilə eşq zövqü, Qələt eyləmiş Füzuli ki, vüsalə talib olmuş.

Lüğət: Növrəs – yeniyetmə, gənc; Halə – ayın ətrafında görünən işıqlı dairə; Cazib – cəzb eyləyən, çəkici

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.