Əsas məzmuna keç

Qəzəl

Buraqdı xakə hüsnün afitabi-aləmarayi

Məhəmməd Füzuli

1

Buraqdı xakə hüsnün afitabi-aləmarayi, Götürdü yer üzündən mö’cüzi-lə’lin Məsihayi.

Iki gözdən rəvan etmiş sirişkim qamətin şövqi, Əsayi-mö’cizi gör kim, iki bölmüş bu dəryayi.

Bükülmüş qəddimi qurtarə gör qüllabi-zülfündən, Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi.

Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma Ikən düşvar olur, gün var ikən görmək yeni ayi.

Şərabi-nabə lütf et, möhtəsib, qəhr ilə çox baxma, Mükəddər qılma əksi-tirədən cami-müsəffayi.

Yedi gündür ol ayi görmədim, ahim şərarilə Nola qılsam Bənatün-nə’ş ilə yeksan Sürəyyayi.

Füzuli, əşk seylilə pərişan olma, səbr eylə! Ona həm var ola axir, tutub durarmı dünyayi?

Lüğət: Sirişk – göz yaşı; Qüllab – çəngəl, qarmaq; Düşvar – çətin, müşkül. E; Möhtəsib – dinin qanunlarını qoruyan mə’mur; Tirə – qaranlıq, tutqun; Bənatün – nə’ş – sünbülə bürcü; Əşk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.