Əsas məzmuna keç

Qəzəl

Buldu kuyindən dəva dərdi-dili-bimarımız

Məhəmməd Füzuli

1

Buldu kuyindən dəva dərdi-dili-bimarımız, Sən ağasan, biz quluz, kuyindədir timarımız.

Zahida, gör sinə çakın şö’ləsin, bizdən saqın, Bir ocağız biz ki, suzandır dərü divarımız.

Nola gər olduysa fani Kuhkən, mən baqiyəm, Eşqə bizdəndir bəqa, yoxdur yox olmaq varımız.

Gülşəni-qəm nəxliyüz, pərvərdə abi-didədən, Dağılər bərg, ahi-atəşbarımızdır barımız.

Əhli-tərkin quluyuz, oldur bizə candan əziz, Yusif isə xudfüruş, onunla yox bazarımız.

Əşkimiz girdabı ali, ömrümüz bünyadı pəst, Gör nə alçaq dirlikilə cizginir pərgarımız.

Ey Füzuli, cövri-yarü tə’neyi-əğyardən Var yüz min qəm, bu həm bir qəm ki, yox qəmxarımız.

Lüğət: Timar – xəstəyə baxmaq, şəfa vermək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Kuhkən – Fərhad; dağçapan; Didə – göz; Bərg – yarpaq; Pəst – alçaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.