Bülbülün hali-dilin novgüli-gülzar bilir
Bülbülün hali-dilin novgüli-gülzar bilir, Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.
Aşiqi-kamil olan dərdini yarə nə desin, O ki dərd əhlin edib dərdə giriftar, bilir.
Razıyam ki, yana pərvanə kimi balü pərim, Gər məni yanmağa ol şəm səzavar bilir.
Nə şikayət eləyim dərdi-dilimdən yarə, Bilmişəm ki, dili-zarımda nə kim var bilir.
Şakirəm yanmağa, yox cürət edəm şikvə, əgər Ol dilaram mənim cənnətimi nar bilir.
Görürəm ol gözü badam, o ləli şəkkər, Eyləsə xahiş, əlaci-dili-bimar bilir.
Xunfəsa fövcünə göstərmə kəlamın, Seyyid, Genə gül qədrini bu dəhrdə əttar bilir.