Əsas məzmuna keç

Qəzəl

Bülbül aşiqdir gülə, başında gül sevdası var

Məhəmmədəli Şəfai

2

Bülbül aşiqdir gülə, başında gül sevdası var, Gülşənin oldur ki, derlər bülbüli-şeydası var.

Nazənin gülçöhrələr tək naz edər gül bülbülə, Nazlı güllər nazının məşuqəlik mənası var.

Naz bir türfə gözəllikdir, gözəllər şivəsi, Eşq zövqin artırır, gör nə gözəl ətası var.

Eşqdir aşiqləri yüz cövri-yarə dözdürən, Hikmətin bilmək üçün min mən kimi risvası var.

Vəsli canan mürdəi-hicranə tazə can verir. Gör bu ecazın neçə aciz qalan İsası var.

Bülbülü nalan edən bir sevgili sevdasıdır. Sevgilim, mən tək onun da başda min qovğası var.

Keçmişin Məcnunu kimdir, mən vətən Məcnuniyam, Yurdumun aydan gözəl, ulduz qədər Leylası var.

Ağ gümüş əndam, ipək köynək qızıl tək parlayır, Hansı bağın bu lətafətdə güli-rənası var.

İndi cənnətdir Azərbaycan, Şəfai seyrə çıx, Xəlqimin gör bir neçə asudə, şən dünyası var.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.