Əsas məzmuna keç

Qəzəl

Budur o fitnə ki, siz eylədiz fəsanə məni

Seyid Əzim Şirvani

1

Budur o fitnə ki, siz eylədiz fəsanə məni, Məhəbbətində şəhir eylədiz cahanə məni.

Budur o kiprigi ox, dilbəri-kəmanəbru – Ki, tiri-tənəyə siz eylədiz nişanə məni.

Bu ol bahari-dilaradı kim, həvası ilə Bahari-ömrüm ara döndərib xəzanə məni.

Xəzanələr verib aldım bu dürri-seyranı, Yetirdi gənci-xudavəndə ol xəzanə məni.

Nə xəndə, giryeyi-bifeyzdir işim şəbü ruz, Əgərçi döndərib eşqində zəfəranə məni.

Fərat aşdı başımdan və leyk mən təşnə, Yaxıbdır odlara, ey vay, aşiqanə məni.

Əzizi-aləm ikən dilfikar Seyyidtək Edibdi xar belə gərdişi-zəmanə məni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.