Əsas məzmuna keç

Qəzəl

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan

Məhəmməd Füzuli

1

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan Kim, ol can döndərər cismə, bu cismi ayırır candan.

Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın, Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.

Qəmim şərh etmək üçün istərəm hər gördügüm saət, Tutam damanını, dəgməz əlim çaki-giribandan.

Təvafi-kuyin istərdim qılam, bari-qəmi-eşqin, Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan.

Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya Sanır bir tari-mudur ol səri-zülfi-pərişandan.

Oxun gəldikdə çeşmim töksə bağrım qanın, ondandır Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan.

Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri, Füzuli, hər cəfa kim, gəlsə xoşdur canə canandan.

Lüğət: Cəzm – kəsmək, qətiyyət; Təvaf – başına dolanmaq; Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.