Əsas məzmuna keç

Qəzəl

Bu tübşi kim, yeri dər ziri-padır

Şah İsmayıl Xətai

1

Bu tübşi kim, yeri dər ziri-padır, Fələklər çərxi anə pəhnümadır.

Həmişə xakə sanmışdır özüni Anınçün gözlər içrə tutiyadır.

Müdəvvərdir, müsəvvərdir, münəvvər, Yer üstə sureyi-şəmsüz-zühadır.

Anın mir’atinə bax, həqqi gör kim, Kim, ol aineyi-geytinümadır.

Yüzi ol şəms imiş bəzm əhli içrə, Təala şanəhü, əhli-liqadır.

Anınçün olmuş anın şərbəti pak Ki, heyvan suyilən yüz tən nəvadır.

Xətayi, şükr qıl həq qüdrətinə Ki, həqqin bilməyən əhli-xətadır.

Lüğət: Çərxi – kəcrov – əyri dolanan zəmanə; Münəvvər – işıqlı; Bəzm – kef məclisi; Tən – bədən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.