Bu sürahi, filməsəl, bir dilbəri-canandurur
Bu sürahi, filməsəl, bir dilbəri-canandurur. Rahi-ruhəfza anın içində nazik candurur.
Məclisi-üşşaqi pürnur etsə ol hər şəb nola Kim, məlaik şəm’i gögdə kövkəbi-rəxşandurur.
Səcdeyi-şükr eyləyüb hər dəm ayağa baş içün Çün görər üstündə daim sayeyi-sübhandurur.
Səbzxət saqilər, andan doldurun peymanələr, Xızr cami tək pür abi-çeşmeyi-heyvandurur.
Bir pəri sərvi-səhi-qəddir ki, durmuş rəqs içün, Yoxsa cənnət məclisində tubiyi-rizvandurur.
Bir pəri sərvi-səhi-qəddir ki, durmuş rəqs içün, Yoxsa cənnət məclisində tubiyi-rizvandurur.
Cami-Cəmşidü Cəmin dövrani xətm oldu tamam, Dövri-cam indi anındır kim, şəhi-dövrandurur.
Budur ol ayineyi-İskəndəri-gitinüma, Munda rövşəndir, cahanda hər nə kim, pünhandurur.
Bu sürahidən məvali dolduranda dustkam, Qayğudan düşmən xəvaric yürəgi bir qandurur.
Görmədi heç kimsə mun tək simtən, məhbubi-şux, Kakili zərrinü taci dəxi nur əfşandurur.
Yerdə əksi-çərxi-pür kövkəbdir olmuş aşikar, “Nəssi-əzzinəs-səmavət” ayəti-bürhandurur.
Beylə qiymətlü cəvahir xansı mə’dəndən çıxar? Kün fəkan mülkin baha versən, hənuz ərzandurur.
Bu Xətayi içdi andan dər əzəl bir cür’ə mey, Ta əbəd hüşyar olmaz, məsti-cavidandurur.
Lüğət: Sürahi – uzun boğazlı şərab şüşəsi; Şəb – gecə; Kövkəb – ulduz; Peymanə – qədəh, piyalə; Pür – dolu; Abi – həyat – dirilik suyu; Çeşmeyi – heyvan – dirilik bulağı; Məvali – sahiblər, hamilər, dostlar; Simtən – gümüş bədən; Şux – gözəl; Çərxi – kəcrov – əyri dolanan zəmanə; Kün – fəkan – dünya, aləm