Bu sürahi dilbəri-rə’na kimidir qaməti
Bu sürahi dilbəri-rə’na kimidir qaməti, Ruh tək hər kim ki, rahin içər, artar rahəti.
Vəsfinin şərhin deməkdə nitqi yoxdur kimsənin, Həq humayun eyləmiş bəzm içrə sahib dövləti.
Lə’lü cövhərdən mürəssə qılmış ani həq təmam, Bu səadətdən müdami kimsənin yox minnəti.
Gecələr məclis içində oturur ol sərfəraz, Eylə mehmandır k-anın1 hər yerdə vardır izzəti. ____________ 1 K-anın – ki, anın; ki, onun.
Ey Xətayi, deməgil anın şərabın sən həram, Sinəsinə nurtək dolmuş ilahin rəhməti.
Lüğət: Sürahi – uzun boğazlı şərab şüşəsi; Rahin – axıcı, gedən; Bəzm – kef məclisi; Mürəssə – qiymətli daş-qaşla bəzədilmiş; Müdam – davamlı, həmişə