Əsas məzmuna keç

Qəzəl

Bu sürahi bir dilarami-pəri nisbətlüdür

Şah İsmayıl Xətai

1

Bu sürahi bir dilarami-pəri nisbətlüdür. Şəkli bir məhbubi-şuxin peykəri nisbətlüdür.

Oturur məclisdə bir zərrinkülahü simtən, Asılu zülfi-müsəlsəl ənbəri nisbətlüdür.

Yoxsa bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut, Ol kəmər üstə əliflər xəncəri nisbətlüdür.

Təxti-simin üstə oturmuş Süleyman hökm içün, Əldə bir zərrin əyağ əngüştəri nisbətlüdür.

Hər tərəfdən görünür yüzində yüzlü surəti, Filməsəl ayineyi-İskəndəri nisbətlüdür.

Sidq ilən bel bağlamış, durmuş fütuhi-rəzm içün, Ğazilər yanında anın ləşkəri nisbətlüdür.

Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən, Səlsəbil içində abi-kövsəri nisbətlüdür.

Yoxsa doğmuş arədə bir afitabi-şəm’i-bəzm, Çeşmi-mərdüm anə hər su müştəri nisbətlüdür.

Bəzl edər bəzmin Xətayi abi-kövsərdən müdam, Şahi-mərdanın-Əlinin Qənbəri nisbətlüdür.

Lüğət: Sürahi – uzun boğazlı şərab şüşəsi; Dilaram – ürək dincliyi, gözəl; Simtən – gümüş bədən; Rəzm – döyüş; Ləşkər – qoşun; Abi – həyat – dirilik suyu; Bəzm – kef məclisi; Çeşmi – giryan – ağlar göz; Mərdüm – xalq, göz bəbəyi; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.