Bu şahi-pürkərəm sahib nəzərdir
Bu şahi-pürkərəm sahib nəzərdir, Vilayətdir, yəqin nuri-bəsərdir.
Quşanə ğazilər seyfü silahi, Münafiq canına xövfü xətərdir.
Yəzidin ləşkəri yüz min olursa, Vilayət ləşkərindən bir yetərdir.
Münafiq ləşkəri bir ğazi görsə, Qoyun ki, qurd toxur, andan betərdir.
İşarət qılduğunca bir nəzər şah, Önündə Şümrü Mərvan dərdədərdir.
Nişani ol günəş təl’ətli şahın Başında tacü belində kəmərdir.
Olar kim, cəhli-təndir sirri-qüdrət, Ani arif bilür incə xəbərdir.
Cahangir ğazilər meydanə girsə, Xəvariclər ayağda payi-sərdir.
Çü rəhmət yağmuru irdi zəminə Ki, hər bir ğazinin yüz nami vərdir.
Yəzidə zəxmi-seyfü tirü xəncər Başından getməsin tiğü təbərdir.
Əli bəhri-həqiqətdir, yəqin bil Həyati-cavidani mö’təbərdir.
Vilayət bəhrinə yol bulmuyanlar Gözü ə’mavü əhməq, bixəbərdir.
Nəfəs gövhərdir ani bir bilənlər, Sözin bir söyləyənlər gerçək ərdir.
Qızıl ələm, qızıl bayraq, qızıl tac Geyinsə qazilər, ol gün həzərdir.
Xətayi, şah yolunda can fədadır, Çe cayi-mülkü malü simü zərdir.
Lüğət: Nuri – rəhman – ilahi nur; Münafiq – günahkar, düşmən; Ləşkər – qoşun; Sirri – əf’al – işlərin sirri; Zəxm – yara; Bəhr – dəniz; Cavidan – əbədi; Ələm – dərd, qəm