Əsas məzmuna keç

Qəzəl

Bu, qəmzə degil, bəladır, ey dust

Şah İsmayıl Xətai

1

Bu, qəmzə degil, bəladır, ey dust, Bu, xəndə degil, cəfadır, ey dust.

Şəkkər ləbin ağzuma söyərsə, Sögmək degil ol, duadır, ey dust.

Yer yüzi həvayi-qəddün ilə Cənnət kimi xoş həvadır, ey dust.

Dil mürşidinə xəyali-zülfin Həm xirqəvü həm əsadır, ey dust.

Aşiq olalı sana Xətayi Balaına mübtəladır, ey dust.

Lüğət: Dil – ürək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.