Bu pir könül tazə bir əhli-nəzər istər
Bu pir könül tazə bir əhli-nəzər istər, Əvvəlki keçibdir, bunu ondan bətər istər.
Göz yaşımı dil culərə döndərdi qəmindən, Məlum olur nəxli-muradə səmər istər.
Ləli-ləbini istəsə dil, həqqi var, ey gül, Bimar gözüm qüvvət üçün gülşəkər istər.
Peykanlarını xahiş edər dil iki yandan, Uçmağa səri-kuyüvə bir balü pər istər.
Başdan keçibən eşqdə cövlan gərək olsun Meydani-məhəbbətdi bu, ey dil, cigər istər.
Bimar gözün istəsə qoy qanımı içsin, Qurbandır ona, canımı məndən əgər istər.
Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd, Ey xaliqi-bimisl, səni hər bəşər istər.