Əsas məzmuna keç

Qəzəl

Bu nə bərgüzidə candır ki, gəzər bu can içində

İmadəddin Nəsimi

1

Bu nə bərgüzidə candır ki, gəzər bu can içində? Bu nə qiyməti gühərdir ki, yatar bu kan içində?

Səni kimdir adəm oğlu deyən, Allah, Allah, Allah, Bu sifətdə kim, görübdür bəşəri-cahan içində?

Məgər uy verür ləbindən, irəməz yəqin bu sirrə, Nə xəyal imiş bu, yarəb, xəbəri güman içində?

Qara qaşının, gözünün adı Qövsü Müştəridir, Bu sitarənin oxun gör ərəbi kaman içində.

Üzünü niqab içində, yaşır, ey qəmər surətlü Ki, rüxün qiyamət eylər bu axırzaman içində.

Səni məndən iraq, ey can, necə ayıra zəmanə, Gözüm ilə görmüşəm çün səni hər məkan içində.

Yenə mey fəğanə gəldi, cigərim tutuşdu yandı, Nəyə uğradı, nə gördü bu tühimiyan içində?

Dilərəm zaman-zaman kim, səni faş edəm cahana, Necə bir yana bu şəm’in cigəri düxan içində?

Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi, Fələkin dili tutuldu bu ulu bəyan içində.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bərgüzidə – Seçilmiş; Qiyməti – ərzan – Baha qiymət; Sitarə – Ulduz; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.