Bu nə adətdir, ey türki-pərizad
Bu nə adətdir, ey türki-pərizad, Qəmindən olmadım bir ləhzə azad.
Siyəhdil gözlərin qan tökmək içün Çəkibdir tiğini manəndi-cəllad.
Bu bidadı mana eşqin qılıbdır, Cahanda qılmadı Nəmrudü Şəddad.
Rəvamı, könlümün şəhrində səndən Fəraqü qüssəvü qəm tutdu bünyad.
Gəl, ey Şirindəhən, eşqin yolunda Mənəm ol kuhkən biçarə Fərhad.
Nəzər qılgil bu viran könlümə, şah, Qılır sultan olan viranı abad.
Bir eyü ad edin fani cahanda, Ululardan cahanda qaldı bir ad.
Nəsiminin kəlamından eşitgil, Vəfasızdır cahan, sən qılma bidad.
Lüğət: Manəndi – cəllad – Cəllad kimi; Bidad – Zülm; Eyü – Yaxşı Ə