Əsas məzmuna keç

Qəzəl

Bu naməni ki, yari-dilaram göndərib

Seyid Əzim Şirvani

1

Bu naməni ki, yari-dilaram göndərib, Canə sürur, könlümə aram göndərib.

Kafurə sehr ilə eləyib müşkdən rəqəm, Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib.

Bu namə ilə canə verib sərfərazlıq, Nakamü zar könlümə bir kam göndərib.

Öz aşiqi-şikəstədilü biqərarına, Ol namə ilə bir neçə peyğam göndərib.

Bilmiş günüm fəraqı ilə qarə olduğun, Dərdü qəmü fəraqə sərəncam göndərib.

Etmiş visalə Seyyidi-zarın ümidvar, Öz mübtəlası könlünə aram göndərib.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.