Əsas məzmuna keç

Qəzəl

Bu məşrəbə bir səfayi-candır

Şah İsmayıl Xətai

1

Bu məşrəbə bir səfayi-candır, Qərrabə dibi ana məkandır.

İçi doludur əz abi-heyvan, Aləmdə nişanı binişandır.

Can dövlətini bilür təmamət, Sən sanma ani ki, bizəbandır.

Dövri-yüzinin çü məh təmamət Sərpuş çü şəkli-asimandır.

Vəsfində onun Xətayi heyran, Gər sən’ət isə budur hamandır.

Lüğət: Abi – həyat – dirilik suyu; Məh – ay

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.