Bu mənim cismimdəki zəhmətlərimol can bilür
Bu mənim cismimdəki zəhmətlərimol can bilür, Mana hicran etdigin ol dilbəri-canan bilür.
Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə, ğəm yemən, Çün xəyalini sənin dil sevgili mehman bilür.
İnciməz bu xəstə canım dərdi-hicrindən sənin, Cövrü qəhrin gəldigincə lütf ilə ehsan bilür.
Çünki birdir aşiqə qəhr ilə lütfün mə’nisi, Dil fəraqini vüsalü dərdini dərman bilür.
Ruzü şəb bülbül təki eylər Xətayi nalələr, Baği-hüsn içrə yüzüni çün güli-xəndan bilür.
Lüğət: Dil – ürək; Cövr – zülm; Qəhr – acıq, kədər; Şəb – gecə; Hüsn – gözəllik; Xəndan – gülən