Bu könlüm şad olur qəmdən rüxi çün laləgun görgəc
Bu könlüm şad olur qəmdən rüxi çün laləgun görgəc, Misalı-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
Əgər ah eyləsəm, topraq olur dər ləhzə ahimdən, Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc.
Anunçün əyləməz ahi bu canım rəhgüzarində, Həramilər çaparlar karivani çün tütün görgəc.
Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan, Fələk övcində xurşidi həyadən sərnigun görgəc.
Xətayi, rəsm beylə eyləyibdür ehtiraz ilə, Hezaran naz edər xublar ki, aşiqni zəbun görgəc.
Lüğət: Şərməndə – utanan, xəcalət; Xurşid – günəş; Ehtiraz – çəkinmə, ehtiyat; Xublar – gözəllər; Zəbun – zəif, əldən-ayaqdan düşmüş