Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz, Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Ey ləli şəkər, çox yemişəm Misr nəbatı, Hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz.
Qəddindi sənin sərvi-xuraman, zəqənin sib, Amma nə deyim, sərvdə hərgiz səmər olmaz.
Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət! Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz.
Müjgan oxun atsan əgər, ey qaşı kamanım, Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz.
Saradır adın, ikki saçın ənbəri-sara, Saçın kimi aləmdə sənin müşki-tər olmaz.
Saçında əyandir mənə tulani bəlalər, Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz.
Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş, Əşari-lətifin kimi dürrü gühər olmaz.