Əsas məzmuna keç

Qəzəl

Bu günkü bəzmdə cami-şərabımız yoxdur

Seyid Əzim Şirvani

1

Bu günkü bəzmdə cami-şərabımız yoxdur, Qara olub günümüz, afitabımız yoxdur.

Hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizim Cəmali-yardən özgə kitabımız yoxdur.

Əcəbmi nameyi-əmalımız qalırsa səfid Ki, səbt olunmalı cürmü səvabımız yoxdur

Həmişə şer deyib, mey içib, cavan sevərik, Ziyadə felə bizim irtikabımız yoxdur.

Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq, Təğəyyür eyləmənik inqilabımız yoxdur.

Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid, Sualə layiq olan bir cavabımız yoxdur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.