Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş
Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş, Saqın, ey rəhm edən caninə kim, bilməz aman sərxoş.
Ona hüşyar ikən dərdi-dil istərmən deyəm, saqi, Peyapey sunma camı, qılma ol sərvi rəvan sərxoş.
Degil təqvadən etsəm badə tərkin, vəhmim ondadır Ki, izhar eyləyim xəlq içrə eşqin nagəhan sərxoş.
Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş.
Meyi-eşqinlə sərməst olduğum eldən nihan qalmaz, Məhali-əqldir kim, saxlaya razin nihan sərxoş.
Könül ta oldu bixud, aldı qəmzən canımı təndən, Verər yəğmayə nəqdin, gəncin olğac pasiban sərxoş.
Füzuli, qeyr ilə xəlvət məgər bəzm etmiş ol gülrux, Rəqibi-kəcrövü gördüm bu gün bari yaman sərxoş.
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi