Bu gün mən munda, yarım anda neylər?
Bu gün mən munda, yarım anda neylər? Yüzi şö’lə nigarım anda neylər?
Apardı əql ilə səbrü qərarım, Mənim səbrü qərarım anda neylər?
Qatı müştaq idim şirin ləbinə, Gözü məstü xumarım anda neylər?
Vətəndən ayrı düşdüm dadü fəryad, Qəribəm, qəmgüsarım anda neylər?
Xətayi, xəstə düşdüm yardan ayrı, Təbib ilə timarım anda neylər?
Lüğət: Nigar – sevgili, bəzəkli; Müştaq – istəyən, arzulayan; Timar – xəstəyə baxmaq