Əsas məzmuna keç

Qəzəl

Bu gün mən bir büti-məhparə gördüm

Şah İsmayıl Xətai

1

Bu gün mən bir büti-məhparə gördüm, Əlindən yürəgim səd parə gördüm.

Məni səndən sorar olsa səba, de: – Zəifü xəstəvü avarə gördüm.

Qara zülfin görəndə, ey həbibim, Könül meyl eylədi zünnarə gördüm.

Çəməndə gəşt edər gördüm həbibi, Tərəhhüm qılmadı, yalvarə gördüm.

Necə miskin Xətayi qanın içmiş, Şol iki nərgisi-xunxarə gördüm.

Lüğət: Səd – yüz; Həbib – dost; Gəşt – gəzinti, gəzmə; Tərəhhüm – rəhm etmək, birisinə acımaq; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.