Əsas məzmuna keç

Qəzəl

Bu gün gəldim cəhanə, sərvərəm mən

Şah İsmayıl Xətai

1

Bu gün gəldim cəhanə, sərvərəm mən, Yəqin bilin ki, nəqdi-heydərəm mən.

Firidun, Xosrovü Cəmşidü Zöhhak Ki, Rüstəm Zaləmü İskəndərəm mən.

Ənəlhəqq sirri uş könlümdə gizlü Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

Nişanımdır mənim taci-səadət, Süleyman əlinə əngüştərəm mən.

Məhəmməd nuridən, Əli sirindən Həqiqət bəhri içrə gövhərəm mən.

Xətayiyəm, şəha, əksüklü quləm, Qapında bir kəminə kəmtərəm mən.

Lüğət: Sirri – əf’al – işlərin sirri; Nuri – rəhman – ilahi nur; Bəhr – dəniz; Kəminə – aciz, ən kiçik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.