Əsas məzmuna keç

Qəzəl

Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb

Seyid Əzim Şirvani

1

Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb, Qülğülə, hüsnü onun, aləmi-imkanə salıb.

Qızarıb arizi-ali güli-tərtək meydən, Açıban ruyini eşq əhlini yüz qanə salıb.

Kimdi bu arizi xurşidi-dirəxşan ki, bu gün Xunlər ləli-ləbi kuhi-Bədəxşanə salıb.

Bu əzizə neçə Yusiflər olub zarü əsir, Hansının könlünü ol çahi-zənəxdanə salıb?

Dövri-ruyini tutub ləşkəri-xətti-siyəhi, Mürlər rəxnə, məgər, mülki-Süleymanə salıb!

Buna Mahmud deyim, bilməyirəm ya ki, Əyaz Cəzbeyi-eşqini bu xatiri-sultanə salıb.

Görməmiş Seyyidi-sərgəştə o şəmi-hüsnü, Bu əcəbdir ki, özün atəşi-suzanə salıb.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.