Əsas məzmuna keç

Qəzəl

Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim

Seyid Əzim Şirvani

1

Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim, Vəsli-meracı ilə ərşi-müəlladə idim.

Yuxu əhvalı gəlir indi mənə şami-visal, Haləti-ləfzədə, ya bu gecə röyadə idim.

Ləbi-camə yetişirdi, ləbi-ləli o gülün, Mən ləbi-camı öpüb özgə təmənnadə idim.

Sağərim cami-qəvarir, şərabım kövsər, Həmdəmim hur, özüm cənnəti-məvadə idim.

Yar açmışdı lətafətlə bu şəb sinəsini, Qərqi-nur olmuş idim, sineyi-Sinadə idim.

Nəqşdən pey aparırdım bu gecə nəqqaşə, Seyri-qüdrət eləyib özgə tamaşadə idim.

Həlqeyi-zülfdə rüxsari-münirin görübən, Naziri-mahi-münəvvər şəbi-yeldadə idim.

Dəhənin açmağa ol yar qılırdım tədbir, Sübh olunca həvəsi-kəşfi-müəmmadə idim.

Çox baxırdım dəhəni yarə, nihani, hərdəm, Çareyi-fikri-dili-Seyyidi-dildadə idim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.