Əsas məzmuna keç

Qəzəl

Bu əzilmiş canü dildən, ah, ah əksük degil

Şah İsmayıl Xətai

1

Bu əzilmiş canü dildən, ah, ah əksük degil, Gecə-gündüz müttəsil, dər gah-gah əksük degil.

Başə çizginsəm, vəleykin ğəm degildir, dilbərin Ol səadət əhlidir, andan külah əksük degil.

Çəngi aldım mən bekəf, bir dəm fərağət bulmadım, Həzrətindən xaliqə heç rusiyah əksük degil.

Başın üstən getməzəm onca ki, canım təndədir, Çətrü xərgahi-humayun barigah əksük degil.

Çün Xətayi könlünü verməz vəfasız dilbərə, Qul olana sidq ilə kim padşah əksük degil.

Lüğət: Çəng – musiqi aləti

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.