Bu çəmənlikdə gəlin, badəni məstanə içək
Bu çəmənlikdə gəlin, badəni məstanə içək, Cami ta cama vuraq, bir neçə peymanə içək.
Məst olaq, nəfsin əlindən yaxamız qurtarsın, Bir dəm asudəyi-qəm olmağa rindanə içək.
Cümləmiz halqa vuraq, cəm olaraq bir yerdə, Son verək bunca pərişanlığa, rindanə içək.
Dost-düşmən deyə bu söz götürülsün aradan, Qalmasın ləfzi-ədu söhbəti, biganə içək.
Can deyək, can eşidək əldə ikən cami-şərab, Eşqinə hər gözəlin bir dolu peymanə içək.
Fərəhi-eşq ilə abad edəlim qəlb evini, Cəmi qəmxanələr olsun hamı viranə içək.
Zahid, insafa yaxınlaş ki, səlahiyyət üçün İçməyək badə bu meyxanədə aya nə içək?
Badədir, nuri məhəbbət, qadan allam, saqi, Doldur, indi onu peymaneyi imanə, içək.
Gəl Şəfai, dəxi tərk eylə bu bədməstliyi, Oturaq xanəyi-hikmətdə hakimanə, içək!