Əsas məzmuna keç

Qəzəl

Bu aləm hüsninə heyrandır, ey dust

Şah İsmayıl Xətai

1

Bu aləm hüsninə heyrandır, ey dust, Sana bu qönçə ləb xəndandır, ey dust.

Mən ol Yə’qub nisbət zar boldum, Cəmalın Yusifi-Kən’andır, ey dust.

Hilali qaşını ta gördü çeşmim, Bu canım eydinə qurbandır, ey dust.

Sana bu künfəkan valeh bolubdur, Ki, hüsnin surəti-rəhmandır, ey dust.

Cəmalın səfhəsində xəttü xalın, Yüzündə ayəti-Qur’andır, ey dust.

Sənin eşqin vücudim şəhdi içrə Bu könlüm təxtinə sultandır, ey dust.

Xətayiyə, demişsən, cövr edim çox, Yenə lütfü yenə ehsandır, ey dust.

Lüğət: Ləb – dodaq; Xəndan – gülən; Hilal – aypara; Çeşmi – giryan – ağlar göz; Hüsn – gözəllik; Rəhman – şəfqətli, rəhmli; Xətt – yanaq, yazı; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.