Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır, Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl, Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır.
Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin, Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır.
Rüxün gülzarına qarşı qızardı məğribin rəngi, Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır.
Lüğət: Münzəl – Nazil olmuş, göndərilmiş; Tövhid – Birlik; Müsəvvər – Təsvir edilmiş; Ənbərəfşan – Ənbər saçan