Əsas məzmuna keç

Qəzəl

Boyun bir sərvi-rə’nadır, güli var

Şah İsmayıl Xətai

1

Boyun bir sərvi-rə’nadır, güli var, Səmən üzrə pərişan kaküli var.

Nə nazikdir cəmalın gülşəni kim, Güli-tər üzrə nazik sünbüli var.

Nə gülşəndir yüzün kim, çevrəsində Hezaran əndəlibü bülbüli var.

Necə məstü xumar olmaya çeşmin, Önündə ləblərin kimi müli var.

İnanma zülfi əhdinə, Xətayi, Kim, anın bir başıvü min dili var.

Lüğət: Əndəlib – bülbül; Çeşmi – giryan – ağlar göz; Dili – şeyda – vurğun ürək, sevən könül

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.